18:03 21-05-2021
news_image
72
FUTBOL

Ayrılıq qərarı – A seriyasının baş məşqçisindən

“Fiorentina”nın baş məşqçisi Cüzeppe Yakini postundan ayrılacaq.

Apasport.az xəbər verir ki, bunu 57 yaşıl mütəxəssis açıqlayıb.

O bildirib ki, A seriyasında mövsümün son tur matçının ardından vəzifəsini tərk edəcək. Yakini artıq klubla vidalaşıb: “Fiorentina”dakı vaxtım unudulmaz oldu. Bu klub qəlbimdə əbədi qalacaq. Böyük çətinliklərə baxmayaraq, qarşıma qoyduğum hədəflərə çatdığıma inanıram”.

Qeyd edək ki, “Fiorentina” A seriyasında sona bir tur qalmış 39 xalla 13-cü pillədə yer alır.