19:18 21-05-2021
news_image
167
FUTBOL

Ranyeri gedir – “Sampdoriya”dan

İtaliyanın “Sampdoriya” klubunun baş məşqçisi Klaudio Ranyeri postunu tərk edəcək.

Apasport.az saytının məlumatına görə, bu qərarı 69 yaşlı mütəxəssisin özü verib.

O, mövsümün sonunda komandanı tərk etmək istəyini klub rəhbərliyinə də çatdırıb. Son aylar ərzində müqaviləni uzatmaq barədə danışıqlar aparan tərəflər ortaq məxrəcə gələ bilməyib. Nəticədə Ranyeri postunu tərk etməyə üstünlük verib.

Qeyd edək ki, Ranyeri 2019-cu ilin yanvarından “Sampdoriya”nı çalışdırır.