18:38 21-05-2021
news_image
552
FUTBOL

Daha 3 futbolçunu milliləşdirdi - AFFA

AFFA daha 3 futbolçunu milliləşdirib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının qarşıdakı təlim-məşq toplanışına yeni simalar dəvət edilib.

“Sumqayıt”ın iranlı müdafiəçisi Höccət Haqverdi və ukraynalı yarımmüdafiəçisi Murad Xaçayev ilk dəfə millimizə dəvət olunub. Həmçinin Ukraynanın “Minay” klubunda çıxış edən Rüstəm Əhmədzadənin də milliləşdirilməsi rəsmiləşib.

Həmçinin “Sumqayıt”ın qapıçısı Aydın Bayramov da yığmamızda debüt etmək imkanı qazanıb.

Qeyd edək ki, komandamız mayın 27-də Türkiyə, iyunun 2-də Belarus, 6-da isə Moldova ilə yoldaşlıq görüşü keçirəcək.