18:57 21-05-2021
news_image
392
FUTBOL

8 futbolçuya ehtiyac duymadı – de Byazi

Azərbaycan millisinin heyətində ciddi dəyişikliklər edilib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Canni de Byazi martda keçirilən oyunlara çağırılan 8 oyunçuya bu dəfə ehtiyac duymayıb.

Yığmanın aparıcı üzvləri sayılan “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev və hücumçusu Mahir Emreli zədə səbəbindən 29 nəfərlik siyahıya salınmayıb.

Həmçinin “Sabah”ın müdafiəçiləri Bəhlul Mustafazadə, Amin Seydiyev, yarımmüdafiəçisi Coşqun Diniyev, “Səbail”in hücumçusu Amil Yunanov, “Sumqayıt”ın isə arxa xətt oyunçusu Tellur Mütəllimovla yarımmüdafiəçisi Xəyal Nəcəfov millidən kənarda qalıblar.

Qeyd edək ki, yığmamız budəfəki təlim-məşq toplanışı çərçivəsində mayın 27-də Türkiyə, iyunun 2-də Belarus, 6-da isə Moldova ilə qarşılaşacaq.