10:18 22-05-2021
news_image
119
FUTBOL

8 milyona alır – “Barselona”nın futbolçusunu

İspaniya “Barselona”sının futbolçusu Jan-Kler Todibo Fransa “Nitsa”sına transfer olunacaq.

Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisi fevralda icarəyə götürdüyü müdafiəçini heyətində saxlamağa qərar verib.

21 yaşlı fransalının keçidi üçün 8 milyon avro ödəniləcək. O, mövsümün ilk yarısını icarə əsasında “Benfika”da keçirib. Bundan sonra “Nitsa”ya keçən Todibo klub rəhbərliyini oyunu ilə razı salıb.