10:53 22-05-2021
news_image
259
FUTBOL

Futbol tarixinin xəyallar komandası açıqlandı – millimizin sabiq baş məşqçisi siyahıda

Futbol tarixinin rəmzi komandaları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bütün dövrlərin A və B komandalarını müəyyənləşdirib.

Bu, “11-lik”lər qurumun müxtəlif ölkələrdəki, o cümlədən Azərbaycandakı nümayəndələri arasında keçirilən səsvermə ilə tərtib olunub. Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres də əsas komandaya daxil edilib.

Futbol tarixinin xəyallar komandası
Qapıçı:
Lev Yaşin (SSRİ);
Müdafiəçilər: Kafu (Braziliya), Frans Bekkenbauer (Almaniya), Franko Barezi, Paolo Maldini (hər ikisi İtaliya);
Yarımmüdafiəçilər: Xavi (İspaniya), Dieqo Maradona (Argentina), Yohan Kroyf (Niderland);
Hücumçular: Kriştiano Ronaldo (Portuqaliya), Lionel Messi (Argentina), Pele (Braziliya).


 
B komandası
Qapıçı:
Canluici Buffon (İtaliya); 
Müdafiəçilər: Karlos Alberto Torres, Roberto Karlos (hər ikisi Braziliya), Bobbi Mur (İngiltərə), Daniel Passarella (İngiltərə);
Yarımmüdafiəçilər: Lotar Matteus (Almaniya), Zinəddin Zidan, Mişel Platini (hər ikisi Fransa);
Hücumçular: Ronaldo (Braziliya), Herd Müller (Almaniya), Alfredo dis Stefano (Argentina/İspaniya).