12:09 22-05-2021
news_image

Dünya çempionatı üçün heyəti bəlli oldu - cüdo yığmamızın

Dünya çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, yığmamız iyunun 6-13-də Macarıstanda keçiriləcək mundiala 12 idmançı ilə qatılacaq. 

Məşqçilər korpusu yarışda Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Nurlan Osmanov (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq), Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq) və Gültac Məmmədəliyevanı (52 kq) sınamağa qərar verib. 

Yarışda 132 ölkədən 716 (423 kişi, 293 qadın) cüdoçunun iştirakı gözlənilir.