14:11 22-05-2021
news_image
111
FUTBOL

“Sumqayıt”da xüsusi qonaq - FOTOSESSİYA

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu gün futbol üzrə Azərbaycan Premyer Liqasını 3-cü pillədə tamamlayan “Sumqayıt”ın qonağı olub. 

Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, şəhər rəhbəri qazanılan uğur münasibətilə komandanın prezidenti Riad Rəfiyev, A komandanın baş məşqçisi Ayxan Abbasov və futbolçu heyəti ilə görüşüb. 

Azərbaycan çempionatının bürünc mükafatını qazanması münasibəti ilə komandanı təbrik edən Zakir Fərəcov Azərbaycan Kubokunun final qarşılaşmasında iştirak edəcək “Sumqayıt”a həlledici görüşdə uğurlar arzulayıb. Şəhər rəhbəri tərəfindən kluba fəxri fərman və xüsusi hədiyyələr verilib. 

“Sumqayıt”ın prezidenti Riad Rəfiyev də öz növbəsində Azərbaycan Premyer Liqasının 2020/2021 mövsümünün bürünc medalı və komanda üzvləri tərəfindən imzalanmış topu Zakir Fərəcova təqdim edib.