15:05 22-05-2021
news_image
243
FUTBOL

Növbəti ayrılıq – “Sabah”da

"Sabah"da növbəti ayrılıq baş tutub.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, Masazır təmsilçisinin yola saldığı növbəti futbolçu Kevin Kubemba olub. 

Konqo əsilli Fransız futbolçu ilə yolların ayrılmasına qərar verilib.

26 yaşlı futbolçu 2019-cu ildən "Sabah"da çıxış edirdi. O, digər Bakı təmsilçisi "Səbail"dən "Sabah"a transfer olunmuşdu.

Bununla da mövsüm başa çatandan sonra "Sabah'"n yolları ayırdığı futbolçuların sayı 4-ə çatıb

Qeyd edək ki, “Sabah” Kubembadan başqa müqavilə müddəti bitən Məhəmməd Mirzəbəyov, Amadu Diallo və Alvaro Vilyete ilə də yolları ayırıb.