19:16 22-05-2021
news_image

Güləşçimiz yarımfinalda uduzdu – Avropa çempionatında

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.

Apasport.az saytının məlumatına görə, altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Azərbaycan bu çəki dərəcələrindən 2-də təmsil olunub. Onlardan Həsrət Cəfərov yarımfinala yüksəlib. 

67 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz yarışa rumın idmançı üzərində qələbə ilə başlayıb. Ardınca gürcü rəqibindən üstün olan Cəfərov finala gedən yolda Macarıstan təmsilçisi ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Həsrət sabah bürünc medal uğrunda mübarizə aparacaq. 

Xasay Həsənli isə Avropa çempionatına İsveçrə güləşçisi üzərində qazandığı inamlı qələbəylə start versə də, ardınca uduzub. O, böyüklər arasında qitə birinciliyinin ikincisi olmuş erməni rəqibinə məğlub olub.

Yarımfinallar Bakı vaxtı ilə saat 18:45-də start götürəcək.

67 kq
1/8 final: Həsrət Cəfərov – Vasile Aleksandru Dosoftey (Rumıniya) 4:1
1/4 final: Həsrət Cəfərov - Joni Xetsuriani (Gürcüstan) *1:1
1/2 final: Həsrət Cəfərov - Kriştian İştvan Vança (Macarıstan) - 3:4
Bürünc medal görüşü: Həsrət Cəfərov - Qakik Snjoyan (Fransa)

72 kq
1/8 final: Xasay Həsənli – Mixael Portman (İsveçrə) 8:0
1/4 final: Xasay Həsənli - Malxas Amoyan (Ermənistan) 0:7
Təsəlliverici görüş: Xasay Həsənli - Otar Abuladze (Gürcüstan)

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Cəbrayıl Hacıyev (70 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) gümüş, Zirəddin Bayramov (65 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərimizdən Zaur Əliyev (55 kq) finala yüksəlib. Laçın Vəliyevin (87 kq) isə bürünc medal şansı olsa da, bu gün ikinci təsəlliverici qarşılaşmasında uduzub.