10:29 23-05-2021
news_image
157
FUTBOL

Hər qol 18,8 milyon avroya başa gəldi – “Real”a

Eden Azarın transfer dəyərinə əsasən hər dəqiqəsində “Real”ı nə qədər xərcə saldığı hesablanıb.

Apasport.az saytının məlumatına görə, belçikalı futbolçu 2019-cu ildə bonuslar istisna olmaqla 100 milyon avroya “Çelsi”dən alınıb.

Ödənişlər beş ilə bölünüb, xərcin 40 faizi artıq ödənilib. Həmçinin vergilər və koronavirus səbəbindən 10 faiz endirimə razılıq verən futbolçu ildə təxminən 30 milyon avro maaş qazanıb. 30 yaşlı forvard geridə qalan iki mövsümdə “kral klubu”nun heyətində 2391 dəqiqə meydanda olub və 5 qol vurub.

Onun meydandakı hər dəqiqəsi “Real”a 39,4 min avroya, hər qolu isə 18,8 milyon avroya başa gəlib.