21:51 22-05-2021
news_image
417
FUTBOL

11-ci çempionluq – “Atletiko”dan!

İspaniya La Liqasında 2020/21 mövsümünün çempionu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, qızıl medalçının adına XXXVIII - sonuncu turda aydınlıq gəlib.

Axırıncı tur öncəsi Madrid klubları “Atletiko” və “Real” çempionluğa iddia edirdi. “Valyadolid” səfərində erkən topla hesabda geri düşən Dieqo Simeonenin yetirmələri ikinci hissədə Anxel Korrea (57) və Luis Suaresin (67) qolları sayəsində əzmkar qələbə qazanıb – 2:1. Beləliklə, 86 xal toplayaraq 7 illik həsrətə son qoyan “Atletiko” 11-ci çempionluğunu qazanıb.

“Real” doğma arenasında “Vilyarreal”a eyni hesabla qalib gəlib. Burada da ilk topu rəqib vurub. 20-ci dəqiqədə Yeremi Pino hesabı açıb. Lakin “kral klubu” 87-ci dəqiqədə Kərim Benzema, 90+2-ci dəqiqədə isə Luka Modriçin qolları ilə qələbə qazanıb. Zinəddin Zidanın kollektivi xallarının sayını 84-ə çatdırsa da, mövsümü ikinci pillədə bitirib.

“Eybar”la səfərdə üz-üzə gələn “Barselona” Antuan Qrizmannın 81-ci dəqiqədəki yeganə qolu sayəsində 1:0 hesablı qələbə qazanıb və 79 xalla 3-cü yeri tutub.

“Atletiko”, “Real”, “Barselona” və “Sevilya” növbəti mövsüm Çempionlar Liqasında çıxış edəcəksə, “Real Sosyedad”la “Betis” Avropa Liqasında, “Vilyarreal” isə Konfrans Liqasında İspaniyanı təmsil edəcək.

Mövsümü son 3 pillədə yekunlaşdıran “Ueska”, “Valyadolid” və “Eybar” isə elitanı tərk edib.

Qeyd edək ki, La Liqada mövsümə sabah keçiriləcək “Qranada” – “Xetafe” və “Sevilya” – “Alaves” oyunları ilə yekun vurulacaq.

1

 Atletiko

38

26

8

4

67-25

86

2

 Real

38

25

9

4

67-28

84

3

 Barselona

38

24

7

7

85-38

79

4

 Sevilya

37

23

5

9

52-33

74

5

 Real Sosyedad

38

17

11

10

59-38

62

6

 Betis

38

17

10

11

50-50

61

7

 Vilyarreal

38

15

13

10

60-44

58

8

 Selta

38

14

11

13

55-57

53

9

 Atletik

38

11

13

14

46-42

46

10

 Qranada

37

13

6

18

47-65

45

11

 Osasuna

38

11

11

16

37-48

44

12

 Kadis

38

11

11

16

36-58

44

13

 Valensiya

38

10

13

15

50-53

43

14

 Levante

38

9

14

15

46-57

41

15

 Alaves

37

9

11

17

36-56

38

16

 Xetafe

37

9

10

18

28-43

37

17

 Elçe

38

8

12

18

34-55

36

18

 Ueska

38

7

13

18

34-53

34

19

 Valyadolid

38

5

16

17

34-57

31

20

 Eybar

38

6

12

20

29-52

30

Bombardirlər: Lionel Messi (“Barselona”) – 30 qol, Kərim Benzema (“Real”), Xerard Moreno (“Vilyarreal”) – 23, Luis Suares (“Atletiko”) – 21.