11:28 23-05-2021
news_image
108
FUTBOL

11-ci qələbə qolu ilə 11-ci çempionluq - Simeone ilə 8-ci tutul

“Atletiko” 2020/21 mövsümündə İspaniya La Liqasının qalibi olub.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi baş məşqçi Dieqo Simeonenin rəhbərliyi altında 8-ci kubokunu muzeyinə aparıb.

2011-ci ildən baş məşqçi postunu tutan argentinalı mütəxəssislə “Atletiko” İspaniya La Liqasını (2014, 2021), Avropa Liqasını (2012, 2018) və UEFA Superkubokunu (2012, 2018) iki dəfə qazanıb, həmçinin İspaniya kubokunun (2013) və Superkubokun (2014) bir dəfə qalibi olub. Simeoneli “Atletiko” iki dəfə də Çempionlar Liqasının final matçında (2014, 2016) iştirak edib.

Son turda “Valyadolid” üzərində 2:1 hesablı qələbənin memarı Luis Suares isə cari mövsüm ölkə çempionatında 11-ci dəfə qələbə topunun müəllifi olub. Maraqlıdır ki, uruqvaylı forvard 3 oyunda 85-ci dəqiqədən sonra vurduğu topla madridlilərə 3 xal qazandırıb.

Qeyd edək ki, “Atletiko” tarixində 11-ci dəfə İspaniya La Liqasının qalibi olub.