22:42 22-05-2021
news_image
149
FUTBOL

Hakimlə formasını dəyişdi - Haland

Almaniya Bundesliqasının son turunda keçirilən “Borussiya” (Dortmund) – “Bayer” oyunundan sonra maraqlı hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, komandasının 3:1 hesablı qələbəsinə dublla töhfə verən dortmundluların hücumçusu Erlinq Haland qarşılaşmanın ardından rəqib oyunçuların forma istəyini geri çevirib.

Çünki Norveç millisinin üzvü matçın ardından baş hakim Manuel Qreflə formasını dəyişib. 47 yaşlı Qref bununla da hakimlik karyerasını başa vurub.

Qeyd edək ki, Dortmund “Borussiya”sı mövsümü 3-cü pillədə, Haland isə 27 qolla başa vurub.