18:18 30-05-2021
news_image
1117
AVRO-2020

AVRO-2020-dən kənarda qalan fransızlar – iştirakçı komandaların həsəd apardığı “11-lik”

AVRO-2020-nin bir nömrəli favoriti, heç şübhəsiz ki, Fransa millisidir.

Apasport.az saytının məlumatına görə, son dünya çempionunun qitə birinciliyinə yollanacaq heyəti də məlumdur.

Baş məşqçi Didye Deşam yəqin ki, həmkarları arasında seçim etməkdə ən çox çətinlik çəkən mütəxəssisdir. Çünki son illər Avropanın “böyük beşlik” ölkələrinin klublarında saysız-hesabsız fransalı oyunçu yüksək səviyyədə çıxış edir. Bu səbəbdəndir ki, kifayət qədər ulduz futbolçu kənarda qalıb. Hansı ki, AVRO-2020-nin digər bir çox komandası üçün onlar hətta əlçatmaz sayılırlar.

Bu yazıda Fransanın kənarda qalan ən yaxşı “11-liy”ini təqdim edəcəyik. Halbuki bu heyətlə də çempionatda uğur qazanmaq olardı.

1. Nordi Mukiele (“Leypsiq”)
2. Uesli Fofana (“Lester”)
3. Dayot Upamekano (“Leypsiq”)
4. Teo Ernandes (“Milan”)
5. Ferlan Mendi (“Real”)
6. Stiven Nzonzi (“Renn”)
7. Eduardo Kamavinqa (“Renn”)
8. Tanquy Ndombele (“Tottenhem”)
9. Nabil Fekir (“Betis”)
10. Entoni Marsial (“Mançester Yunayted”)
11. Aleksandre Lyakazett (“Arsenal”)