13:15 23-05-2021
news_image
136
FUTBOL

Mövsümün simvolik “11-liy”i - A seriyasında

İtaliya A seriyasında 2020/21 mövsümünün simvolik komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, rəmzi “11-lik”də cəmi 4 klubun oyunçuları yer alıb.

Çempion “İnter”in 4, “Atalanta”nın isə 3 futbolçusu simvolik heyətə düşübsə, “Milan” və “Yuventus” 2 nəfərlə təmsil olunub. Maraqlıdır ki, “Napoli”dən heç kim bura layiq görülməyib.

A seriyasında mövsümün simvolik komandası:
Qapıçı:
Canluici Donnarumma (“Milan”)
Mərkəz müdafiəçiləri: Stefan de Vriy (“İnter”), Kristian Romero (“Atalanta”)
Sol cinah müdafiəçisi: Robin Qosens (“Atalanta”)
Sağ cinah müdafiəçisi: Əşrəf Hakimi (“İnter”)
Orta sahə oyunçuları: Frank Kessi (“Milan”), Nikolo Barella (“İnter”)
Sol vinger: Kriştianu Ronaldo (“Yuventus”)
Sağ vinger: Federiko Kyeza (“Yuventus”)
Hücumçular: Romelu Lukaku (“İnter”), Luis Muriel (“Atalanta”)