16:28 22-05-2021
news_image
285
AVRO-2020

Ən yaxşı pleymeykerlər - AVRO-2020

AVRO-2020-nin daha bir mövqeyi üzrə ən yaxşılar müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, qitə birinciliyinə yollanması gözlənilən pleymeykerlər arasında ən yaxşı 20 nəfər sıralanıb.

Hücum yollarında həlledici rol oynayan “10 nömrə”lər siyahısına Belçika millisinin lideri Kevin De Bruyne başçılıq edir. Onu “Mançester Yunayted”də parlaq çıxışla diqqət çəkən portuqaliyalı Bruno Fernandeş izləyir. İlk “üçlüy”ü Fransa yığmasında pleymeyker funksiyasını icra edən Antuan Qrizmann qapayır.

AVRO-2020-nin ən yaxşı pleymeykerləri:
1. Kevin De Bruyne (Belçika)
2. Bruno Fernandeş (Portuqaliya)
3. Antuan Qrizmann (Fransa)
4. Fil Foden (İngiltərə)
5. Bernardo Silva (Portuqaliya)
6. Kay Haverts (Almaniya)
7. Meyson Mount (İngiltərə)
8. Kristian Eriksen (Danimarka)
9. Dani Olmo (İspaniya)
10. Marsel Sabitzer (Avstriya)
11. Lorentso Pelleqrini (İtaliya)
12. Pyotr Zelinski (Polşa)
13. Hakan Çalhanoğlu (Türkiyə)
14. Emil Forsberq (İsveç)
15. Xerdan Şakiri (İsveçrə)
16. Devi Klaassen (Niderland)
17. Aleksandr Qolovin (Rusiya)
18. Ruslan Malinovski (Ukrayna)
19. Elif Elmas (Şimali Makedoniya)
20. Rayan Kristie (Şotlandiya)