17:15 28-05-2021
news_image
283
FUTBOL

Ən gərgin 10 oyun - Çempionlar Liqası tarixində

Çempionlar Liqası tarixinin ən yaxşı oyunları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, araşdırma zamanı matçların 90 dəqiqəlik mübarizəsi və gərginliyi nəzərə alınıb.

İlk pillədə 2005-ci ildə Türkiyədə keçirilən final görüşü yer alıb. “Milan” birinci hissədə 3:0 hesabı ilə önə keçsə də, fasilədən sonra fərqi aradan qaldıran “Liverpul” sonda penaltilər seriyası ilə qalib gəlib.

İkinci yerdə 2017-ci ildəki “Barselona” – PSJ oyunu qərarlaşıb. Pley-offun ilk görüşündə 4 cavabsız qol buraxan İspaniya təmsilçisi cavab qarşılaşmasında möhtəşəm geridönüşə imza atıb.

Çempionlar Liqası tarixinin ən gərgin 10 oyunu:
1. “Milan” – “Liverpul” - 3:3 (2005)


2. “Barselona” – PSJ - 6:1 (2017)


3. “Yuventus” – “Mançester Yunayted” - 2:3 (1999)


4. “Ayaks” – “Tottenhem” - 2:3 (2019)


5. “Deportivo” – “Milan” - 4:0 (2003)


6. “Liverpul” – “Arsenal” - 4:2 (2008)


7. “Çelsi” – “Barselona” - 4:2 (2005)


8. “Çelsi” – “Liverpul” - 4:4 (2009)


9. “Milan” – “Barselona” - 4:0 (1994)


10. “Mançester Yunayted” – “Bavariya” - 2:1 (1999)