00:38 23-05-2021
news_image
292
FUTBOL

FİFA referisinə tapşırıldı - Azərbaycan kubokunun finalı

Azərbaycan kubokunun final görüşünün təyinatları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, “Keşlə” və “Sumqayıt” arasında keçiriləcək həlledici oyun FİFA referisi Əliyar Ağayevə həvalə edilib. 

Görüş mayın 24-də “Bank Respublika Arena” təşkil olunacaq. 

24 may (bazar ertəsi)
“Keşlə” – “Sumqayıt”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Ehtiyat köməkçi hakim: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”, 19:30