12:45 23-05-2021
news_image
169
FUTBOL

Dəyişiklik - yığmamızın heyətində

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Apasport.az AFFA-nın saytına istinadən məlumatına görə, Türkiyə, Belarus və Moldova yığmaları ilə yoldaşlıq oyunu keçirəcək yığmamız daha bir futbolçu - "Sabah"ın üzvü Bəhlul Mustafazadə - dəvət olunub.

Bundan əlavə, 21 yaşadək futbolçulardan ibarət milli komandanın üzvləri Nicat Mehbalıyev (“Sabah”), Cəlal Hüseynov (“Zirə”) və Vidadi Cəfərov (“Turan Tovuz”) əsas yığmanın 23-24 may tarixlərində Bakıda keçiriləcək məşqlərində iştirak edəcək.