22:44 23-05-2021
news_image
214
TOP OYUNLARI

Rumıniya ilə yoxlama oyunu keçirəcək - millimiz

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2 yoxlama oyunu keçirəcək. 

Apasport.az saytının məlumatına görə, Vüqar Əliyevin rəhbərlik etdiyi kollektiv Qızıl Avropa Liqasına hazırlıq çərçivəsində oyunların ilk dövrəsinin ev sahibi olacaq Rumıniya ilə gücünü yoxlayacaq. 

Görüşlər Kluj şəhərində mayın 24-də və 25-də baş tutacaq. 

Qeyd edək ki, mükafat fondu 413 min avro olan Qızıl Avropa Liqasının A qrupunda yer alan millimiz Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.