22:03 23-05-2021
news_image
150
FUTBOL

26 ildən sonra ilk - “Arsenal”dan

İngiltərə Premyer Liqasında 8-i yeri tutan “Arsenal” mövsümü 61 xalla tamamlayıb.

Apasport.az saytının məlumatına görə, London klubu növbəti mövsüm avrokuboklardan kənarda qalacaq.

“Topçular” 1995/96 mövsümündən ilk dəfə belə halla üzləşib. Komanda 1996/97 mövsümündən etibarən hər il Avropa arenasında yer alıb. Cari mövsüm isə paytaxt təmsilçisi Avropa Liqasının yarımfinalında “Vilyarreal”a (1:2, 0:0) məğlub olub.

Qeyd edək ki, “Arsenal” Arsen Vengerin dönəmində hər il müntəzəm avrokuboklarda iştirak edib.