00:48 24-05-2021
news_image
323
FUTBOL

“Verona” “Yuventus”u ÇL-ə daşıdı – “Milan” “4-lük”də, “Napoli” kənarda

İtaliya A seriyasında 2020/21 mövsümünə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, çempion “İnter” mövsümü “Udineze” üzərində darmadağınla yekunlaşdırıb.

Son turda “İnter” və “Atalanta” ilə yanaşı, Çempionlar Liqasına (ÇL) digər iki vəsiqənin sahibi müəyyənləşib. Bu yerə “Milan”, “Napoli” və “Yuventus” iddia edirdi.

“Atalanta” üzərində səfər qələbəsi qazanan “Milan” mövsümü ikinci yerdə bitirib. Berqamo təmsilçisi isə 3-cülüklə kifayətlənib.

“Napoli”nin doğma arenasında “Verona” önündə büdrəməsi isə “Yuventus”un yolunu açıb. Nəticədə “Bolonya” səfərində böyükhesablı qələbə qazanan “qoca sinyora” ilk “dördlüy”ün son sakini olub. Bu da o deməkdir ki, “İnter”, “Milan”, “Atalanta” və “Yuventus” gələn mövsüm Çempionlar Liqasında çıxış edəcək.

“Napoli” ilə “Latsio” Avropa Liqasına vəsiqə əldə edibsə, “Roma” Konfrans Liqasında mübarizə aparacaq.

Mövsümü son sıralarda yekunlaşdıran “Benevento”, “Krotone” və “Parma” A seriyası ilə vidalaşıb.

İtaliya A seriyası
XXXVIII (sonuncu) tur
23 may
“İnter” – “Udineze” – 5:1

Eşli Yanq, 8, Eriksen, 44, Lautaro Martines, 55 (pen.), Perişiç, 64, Lukaku, 71 – Pereyra, 79
“Atalanta” – “Milan” – 0:2
Kessi, 43 (pen.), 90+2 (pen.)
“Bolonya” – “Yuventus” – 1:4
Orsolini, 86 - Kyeza, 6, Morata, 29, 47, Rabyo, 47
“Napoli” – “Verona” – 1:1
Rahmani, 60 – Faraoni, 69
“Sassuolo” – “Latsio” – 2:0
Kiriakopulos, 10, Berardi, 78 (pen.)
“Speziya” – “Roma” – 2:2
Verde, 6, Pobeqa, 38 – El Şaravi, 52, Mxitaryan, 85
“Torino” – “Benevento” – 1:1
Bremer, 29 – Telyo, 72

1

 İnter

38

28

7

3

89-35

91

2

 Milan

38

24

7

7

74-41

79

3

 Atalanta

38

23

9

6

90-47

78

4

 Yuventus

38

23

9

6

77-38

78

5

 Napoli

38

24

5

9

86-41

77

6

 Latsio

38

21

5

12

61-55

68

7

 Roma

38

18

8

12

68-58

62

8

 Sassuolo

38

17

11

10

64-56

62

9

 Sampdoriya

38

15

7

16

52-54

52

10

 Verona

38

11

12

15

46-48

45

11

 Cenoa

38

10

12

16

47-58

42

12

 Bolonya

38

10

11

17

51-65

41

13

 Fiorentina

38

9

13

16

47-59

40

14

 Udineze

38

10

10

18

42-58

40

15

 Speziya

38

9

12

17

52-72

39

16

 Kalyari

38

9

10

19

43-59

37

17

 Torino

38

7

16

15

50-69

37

18

 Benevento

38

7

12

19

40-75

33

19

 Krotone

38

6

5

27

45-92

23

20

 Parma

38

3

11

24

39-83

20

Bombardirlər: Kriştiano Ronaldo (“Yuventus”) – 29 qol, Romelu Lukaku (“İnter”) – 24, Luis Muriel (“Atalanta”) – 22, Duşan Vlahoviç (“Fiorentina”) - 21