09:59 24-05-2021
news_image
3680
FUTBOL

“Çelsi”dən şad xəbər – “Neftçi”yə

Çempionlar Liqasının 2021/22 mövsümünün komanda bölgüsündə dəyişikliklər olub.

Apasport.az saytının məlumatına görə, buna cari mövsümün qalibinin növbəti il yarışda oynamaq hüququnu qazanmasıdır.

Finalçıların hər ikisi yerini təmin edib. “Mançester Siti” və “Çelsi”nin İngiltərə Premyer Liqasında “dördlüy”ə düşüb. Sonuncular buna son turda imza atıblar. Bu da o deməkdir ki, futbolun yaradıcıları qrupda 4 komanda ilə təmsil olunacaq. Yəni Çempionlar Liqasının qalibi əlavə yer tutmayacaq.

Bu, digər ölkələrin və təmsilçilərinin siyahısında dəyişikliklərə səbəb olub. “Çelsi”nin uğuru nə az, nə çox 5 klubun irəliləməsi ilə nəticələnib.

Qardaş Türkiyə çempionu “Beşiktaş” pley-offdan qrupa sıçrayıb. İstanbullular qrup həyəcanı yaşayacaq.

Pley-offda “Beşiktaş”ı hələ bəlli olmayan Danimarka çempionu əvəzləyəcək. Bu komanda II təsnifat əvəzinə pley-offda oynayacaq.

Çexiya “Slaviya”sı II deyil, III təsnifat mərhələsindən oynamaq imkanı qazanıb. I təsnifat mərhələsinin ən yüksək reytinqli ölkələri – Yunanıstanla Serbiya da qazanan tərəf olub. “Olimpiakos”la “Srvena Zvezda” yarışa I deyil, II təsnifatdan başlayacaq. Azərbaycan çempionu “Neftçi” ilə görüşmək ehtimalı olan hər iki komandanın bir mərhələ gec start verəcək.