10:40 24-05-2021
news_image
189
FUTBOL

Milliyə qoşuldu - “Neftçi”nin futbolçusu

Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, Türkiyə, Belarus və Moldova yığmaları ilə yoldaşlıq oyunu keçirəcək yığmamızın hazırlıq prosesinə daha bir futbolçu cəlb olunub. 

Bakıda keçirilən toplanışda 21 yaşadək futbolçulardan ibarət milli komandanın üzvü İsmayıl Zülfüqarlı da iştirak edəcək. “Neftçi”nin futbolçusunadək U-21-in daha üç üzvü milliyə qoşulub.