14:14 24-05-2021
news_image
90
FUTBOL

A seriyası zirvədə, La Liqa son pillədə - “böyük beşlik”də məhsuldarlıq

Avropanın “böyük beşlik” ölkələrinin başa çatan çempionatlarında orta göstəricilərin təhlili yayımlanıb.

Apasport.az saytının məlumatına görə, ən yüksək məhsuldarlıq İtaliya A seriyasında qeydə alınıb.

“İnter”in çempion olduğu liqanın 380 matçında komandalar ümumilikdə 1160 qol vurub. Bu, orta hesabla hər oyuna 3,1 qol deməkdir. İlk “3-lüy”ə Almaniya Bundesliqası (928 qol – hər oyuna 3 qol) və Fransa Liqa1-i (1049 qol – 2,8) daxildir.

İngiltərə Premyer Liqası hesablamada 4-cü olub (1024 qol – 2,7). İspaniya La Liqası isə 953 topla (2,5 qol) ən az məhsuldarlığa malikdir.