14:22 24-05-2021
news_image
154
FUTBOL

Təqdim olundu - Konfrans Liqasının kuboku

Konfrans Liqasının kuboku təqdim olunub.

Apasport.az saytının məlumatına görə, yeni mövsümdən keçiriləcək 3-cü dərəcəli avrokubok UEFA tərəfindən rəsmən təqdim edilib.

Azərbaycan klublarının da mübarizə aparacağı yarışın qalibinə veriləcək mükafatın hündürlüyü 57,5 sm, çəkisi 11 kq-dır. Kubokun 32 altıgüşəli hissədən ibarət olması qrupdakı iştirakçı sayını göstərir.

Qeyd edək ki, Konfrans Liqasında ümumilikdə 55 ölkədən 184 komanda oynayacaq. İlk final Albaniyanın paytaxtı Tiranada keçiriləcək.