14:25 24-05-2021
news_image
264
AVRO-2020

Serxio Ramos milliyə çağırılmadı – AVRO-2020-ni buraxacaq

İspaniya millisinin kapitanı Serxio Ramos AVRO-2020-yə aparılmayacaq.

Apasport.az saytının məlumatına görə, bunu komandanın baş məşqçisi Luis Enrike deyib.

Keçirdiyi mətbuat konfransında iştirak ərizəsini açıqlayan çalışdırıcı “Real”ın əfsanəsinin turnirə yollanmayacağını söyləyib. Buna səbəb 35 yaşlı mərkəz müdafiəçisinin zədədən əziyyət çəkməsidir.

Qeyd edək ki, zədə ucbatından bu mövsümün böyük hissəsini buraxan Serxio Ramos Tokio Yay Olimpiya Oyunlarına qatılmaq arzusundadır.