14:39 24-05-2021
news_image
275
AVRO-2020

İspaniya millisində “Real”dan futbolçu olmayacaq – AVRO-2020-də

İspaniya millisinin AVRO-2020 üçün iştirak ərizəsi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Luis Enrike 24 futbolçuya dəvət göndərib.

3 qapıçı, 7 müdafiəçi, 7 yarımmüdafiəçi və 7 hücumçunun yer aldığı heyətlə bağlı ən diqqətçəkən məqam “Real”ın heç bir oyunçusunun çağırılmamasıdır. Əvəzində Premyer Liqa çempionu “Mançester Siti” İspaniya yığmasında 4 futbolçu ilə təmsil olunacaq.

Luis Enrikenin turnirin startına qədər daha iki oyunçu dəvət etməsi gözlənilir.

Qapıçılar: Unay Simon (“Atletik”), David De Xea (“Mançester Yunayted”), Robert Sançes (“Brayton”);
Müdafiəçilər: Xose Qaya (“Valensiya”), Jordi Alba (“Barselona”), Pau Torres (“Vilyarreal”), Aymerik Laporte, Erik Qarsiya (hər ikisi “Mançester Siti”), Dieqo Lyorente (“Lids”), Sezar Aspilikueta (“Çelsi”);
Yarımmüdafiəçilər: Serxio Buskets, Pedri (hər ikisi “Barselona”), Rodri (“Mançester Siti), Tyaqo Alkantara (“Liverpul”), Koke (“Atletiko”), Fabian (“Napoli”), Markos Lyorente (“Atletiko”);
Hücumçular: Dani Olmo (“Leypsiq”), Mikel Oyarzabal (“Real Sosyedad”), Alvaro Morata (“Yuventus”), Jerard Moreno (“Vilyarreal”), Ferran Torres (“Mançester Siti”), Adama Traore (“Vulverhempton”), Pablo Sarabia (PSJ).

Qeyd edək ki, İspaniya yığması AVRO-2020-nin E qrupunda İsveç, Polşa, və Slovakiya ilə qarşılaşacaq.