15:37 24-05-2021
news_image
169
FUTBOL

Azarkeşlərlə keçiriləcək – yığmamızın yoxlama oyunu

Azərbaycan millisinin Belarusla keçirəcəyi yoldaşlıq oyunu azarkeşlərlə keçiriləcək.

Apasport.az saytının məlumatına görə, qarşılaşma iyunun 2-də baş tutacaq.

Görüş Belarusun paytaxtı Minskdəki “Dinamo” stadionunda təşkil olunacaq. Matçın biletləri də artıq satışa çıxarılıb.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.