16:15 24-05-2021
news_image
189
FUTBOL

Azərbaycanla oyun üçün heyətini açıqladı - Belarus

Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Belarus yığmasının heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Georgi Kondratyev qarşıdakı yoxlama oyunlarına 23 futbolçu çağırıb.

Belarus millisi 2 matçda qüvvəsini sınayacaq. İyunun 2-də Minskdəki “Dinamo” stadionunda Azərbaycanı qonaq edəcək Kondratyevin yetirmələri 5 gün sonra Qrodnodakı “Neman” stadionunda Syerra-Leone ilə üz-üzə gələcək. Mayın 30-da başlayacaq təlim-məşq toplanışı iyunun 7-dək davam edəcək.

Qeyd edək ki, Belarus – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qapıçılar: Anton Çiçkan (BATE), Pavel Pavlyuçenko (“Rux”), Vladislav Vasilyuçek (“İsloç”).

Müdafiəçilər: Denis Polyakov (“Kayrat”, Qazaxıstan), Maksim Volodko (BATE), Kirill Peçenin (“Rux”), Nikolay Zolotov (“Kolos”, Ukrayna), Maksim Şvetsov (“Dinamo-Minsk”), Qleb Şevçenko, Ruslan Xadarkeviç (“Şaxtyor”, Soliqorsk), İqor Zayats (“Qomel”).

Yarımmüdafiəçilər: Yevqeni Yablonski (BATE), Maks Ebonq (“Astana”, Qazaxsıtan), Roman Yuzepçuk, Yevgeni Şevçenko, Denis Qreçixo (hamısı “Rux”), Vladislav Klimoviç (“Dinamo-Minsk”), Dmitri Podstrelov (“Şaxtyor”), Dmitri Antilevski (“Torpedo-BelAZ”), Yevgeni Berezkin (“Liepaya”, Latviya), Pavel Sedko (“Dinamo-Brest”).

Hücumçular: Maksim Skavış (BATE), Andrey Solovey (“Qomel”).