17:14 24-05-2021
news_image
109
FUTBOL

“Milan”dan ayrıldı – xorvatiyalı futbolçu

Xorvatiya millisinin sabiq futbolçusu Mario Mancukiç İtaliyanın “Milan” klubunu tərk edib.

Apasport.az saytının məlumatına görə, 2021-ci ilin yanvarında A seriyası təmsilçisinə keçən hücumçunun müqaviləsi başa çatıb.

Klubdan ayrıldığını öz sosial şəbəkə səhifəsində açıqlayan balkanlı klub rəhbərliyinə təşəkkür edib: “Milan”da oynamaqdan zövq aldım. Bu imkan üçün rəhbərliyə təşəkkür edirəm. Komanda yoldaşlarım sadəcə əla oğlan deyil, gözəl insanlardır. Şadam ki, birlikdə böyük klubu Çempionlar Liqasına qaytara bildik. Bu klub elə bu turnirdə olmalıdır. Klubdakı hər kəsə gələcəkdə ən yaxşısını arzulayıram”.

Qeyd edək ki, Mario cari mövsüm A seriyasında 10 oyun keçirib.