18:10 24-05-2021
news_image
108
FUTBOL

"Sumqayıt" dəstəksiz qalmadı - final öncəsi

Bu gün Azərbaycan kubokunun final matçında "Keşlə" ilə "Sumqayıt" üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, qarşılaşmanın startına bir saatdan çox vaxt qalsa da, sumqayıtlı fanatlar stadionun ətrafına toplaşıblar.

Koronavirus pandemiyası ilə əlaqədar tribunalarda yerini ala bilməyəcək azarkeşlər dəstəklərini "Bank Respublika Arena"nın yaxınlığında nümayiş etdirirlər. Müxtəlif şüarlar səsləndirən bir qrup "Sumqayıt" azarkeşləri arenaya daxil olan komanda üzvlərini və baş məşqçi Ayxan Abbasovu xüsusi dəstəklə yola salıblar.

Qeyd edək ki, görüş saat 19:30-da start götürəcək.