21:39 24-05-2021
news_image
172
FUTBOL

Bombardiri bəlli oldu - kubokun

Azərbaycan kubokunda 2020/21 mövsümünün ən yaxşı bombardiri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, turnirin ən məhsuldar oyunçusu bugünkü finaldan sonra dəqiqləşib.

“Keşlə” – “Sumqayıt” qarşılaşması (2:1) bombardirlik yarışına təsirsiz ötüşüb. Kuboku qazanan Bakı klubunun futbolçusu Sezar Meza Kolli finalda qol vurmasa da, yarışın bombardiri olub.

O, cari mövsümdə kubokda vurduğu 4 qolla hamını qabaqlayıb. Paraqvaylı legioner 5 matçda meydana çıxıb. O, 1/4 finalın “Kəpəz”lə evdəki ilk görüşündə (1:0) bir, 1/2 finalın “Zirə” ilə səfərdəki cavab oyununda (3:2) üç qol vurub. Sezar hər iki qarşılaşmada bir penaltini qola çevirib.