21:59 24-05-2021
news_image
153
FUTBOL

Kubokun sahibi mükafatlandırıldı - FOTOSESSİYA

Azərbaycan kubokunun mükafatlandırma mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, “Sumqayıt”la “Keşlə” arasında keçirilən final görüşündən sonra hər iki komanda medalla mükafatlandırılıb.

Mərasimdə medalları AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezidenti Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.

Əvvəlcə hakimlər briqadası hədiyyələrini aldıqdan sonra finalçı “Sumqayıt” kubokun gümüş medalı ilə təltif olunub. Ən sonda qalib komanda “Keşlə” medallara və kuboka sahib çıxıb.

Qeyd edək ki, “Bank Respublika Arena”da keçirilən finalda 2:1 hesablı qələbə qazanan “Keşlə” kuboku qazanmaqla yanaşı, Konfrans Liqasına vəsiqə əldə edib.