23:12 24-05-2021
news_image
76
FUTBOL

“Finala uyğun oyun oldu” - Nicat Qurbanov

“Keşlə”nin futbolçusu Nicat Qurbanov Azərbaycan kubokunun finalından sonra jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az saytının məlumatına görə, o, “Sumqayıt” üzərində 2:1 hesablı qələbə və kubokun qazanılması barədə fikirlərini açıqlayıb.

- Oyun necə keçdi?
- Oyun çox həyəcanlı, dəhşətli keçdi. Finala uyğun oyun oldu. “Sumqayıt”ı da təbrik edirəm. Çempionatda 3-cü oldular. Onlara da, bizə də uğurlar.

- İlk qolu siz buraxdız. Həmin vaxt nə düşündünüz?
- Bu komandamıza daha da üstünlük verdi. Çünki bizdə əlavə motivasiya yaratdı. Çox şükür ki, geridönüş etdik və qalib olduq.

- Konfrans Liqasında qrupa düşmək kimi bir hiss varmı?
- Hələ o barədə söhbət olmayıb. Rəhbərlik hansı məqsəd qoysa, həmin hədəf üçün mübarizə aparacağıq.