00:11 25-05-2021
news_image
102
FUTBOL

“Çox adam inanmırdı” - Şəhriyar Əliyev

“Çox əziyyət çəkdik. Şansımız gətirmədi”. 

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin futbolçusu Şəhriyar Əliyev deyib.

Matçdakı bərabərlik qolunun müəllifi Azərbaycan kubokunun “Sumqayıt”la final oyunundan (2:1) sonra jurnalistlərə açıqlamasında matç barədə fikirlərini açıqlayıb: “Çempionatda itirdik. Çox adam inanmırdı. Rəhbərlik arxamızda durdu. Baş məşqçimiz inandırdı ki, kuboku qazanacağıq. “Zirə”yə evdə uduzduq. Gedib səfərdə əziyyət çəkib qalib gəldik. Allah əziyyətimizi yerdə qoymadı. Nə danışacağımı bilmirəm. İndi kuboku qaldırmaq istəyirik”.