00:57 25-05-2021
news_image
128
FUTBOL

Qələbə şərhi - Rəhman Hacıyevdən

“Çox ağır oyun keçdi. Çox əziyyət çəkdik”. 

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin futbolçusu Rəhman Hacıyev deyib.

Təcrübəli yarımmüdafiəçi Azərbaycan kubokunun “Sumqayıt”la final oyunundan (2:1) sonra jurnalistlərə açıqlamasında matç barədə fikirlərini açıqlayıb: “Çempionatda nəticəmiz olmamışdı. Bu üzdən kuboka hazırlaşırdıq. Bəlkə də bu matça hazırlaşdığımız üçün bəzi oyunlarda xal itirdik. Çəkdiyimiz əziyyətin bəhrəsini gördük, kuboku qazandıq. Onun sevincini yaşayırıq. Bütün komandanı, rəhbərliyi, məşqçiləri təbrik edirəm. Bu uğuru bir yerdə qazandıq. Bir yerdə olmasaydıq, nəticə qazana bilməzdik. Çox sevinirəm. Erkən qoldan sonra həvəsdən düşmədik. Futbolda hər şey olur. Sonadək vuruşduq və nəticəsini gördük. Konfrans Liqasında nəticə özümüzdən asılıdır. Hər şey öz əlimizdədir. Yaxşı hazırlaşıb, ciddi yanaşsaq, nəticə qazanacağıq”.