09:35 25-05-2021
news_image
207
TOP OYUNLARI

Millimizə aman vermədi - Rumıniya

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Rumıniyada ilk yoxlama oyununu keçirib. 

Apasport.az saytının məlumatına görə, Qızıl Avropa Liqasına hazırlaşan yığmamız ev sahibləri ilə gücünü yoxlayıb. 

Görüş rəqibin asan qələbəsi ilə yekunlaşıb. Rumıniya yığması təmsilçimizi 4:0 (25:18, 25:19, 26:24, 25:17) hesabı ilə məğlub edib. 

Komandalar arasında bu gün daha bir sınaq görüşü nəzərdə tutulub. 

Qeyd edək ki, mükafat fondu 413 min avro olan Qızıl Avropa Liqasının A qrupunda yer alan millimiz Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.