10:25 25-05-2021
news_image
150
AVRO-2020

Dino Zoffdan mütləq rekord – AVRO-2020-yə doğru

AVRO-2020-nin startına 17 gün qalıb.

Apasport.az saytının məlumatına görə, turnirin startı ərəfəsində Avropa çempionatları tarixinin ən yaşlı oyunçuları açıqlanıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlində seçmə və final mərhələlərində meydana çıxan 9 futbolçu yar alıb. Mütləq rekord italiyalı əfsanə Dino Zoffa məxsusdur.

Lixtenşteynli Mario Frik də onun kimi 41 yaşını qeyd edəndən sonra şans qazanıb. Digər 7 oyunçu da “40”ı arxada qoyub.

yer

futbolçu

komanda

yaş

rəqib (hesab)

tarix

1

Dino Zoff

İtaliya      

41-090

İsveç (0:2)

29.05.1983

2

Mario Frik

Lixtenşteyn 

41-035   

Avstriya (0:3)

12.10.2015

3

Yakup Mikkelsen

Farer adaları

40-359

Şimali İrlandiya (0:4)

10.08.2011

4

Yuli Sançez Soto

Andorra 

40-356 

Fransa (0:4)

11.06.2019

5

Roman Berezovski

Ermənistan 

40-312 

Portuqaliya (2:3)

13.06.2015

6

Sergey Stroenko

Moldova

40-237 

Malta (3:2)

17.10.2007

7

Qabor Kirali

Macarıstan

40-086

Belçika (0:4)

26.06.2016

8

Cim Leyton

Şotlandiya     

40-078 

Estoniya (3:2)

10.10.1998

9

Mayk Taylor  

Şimali İrlandiya

40-037   

İtaliya (0:3) 

11.10.2011