11:07 25-05-2021
news_image
244
AVRO-2020

Uels yığmasının Bakıya gələcək heyəti açıqlandı – AVRO-2020

Uels yığmasının AVRO-2020 üçün ilkin iştirak ərizəsi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, məşqçilər korpusu 28 futbolçuya dəvət göndərib.

Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 8-i isə hücumçudur. Artıq təlim-məşq toplanışına başlayan, Fransa və Albaniya ilə yoldaşlıq görüşü keçirəcək britaniyalıların yekun heyəti mayın 30-da açıqlanacaq.

Qapıçılar: Ueyn Hennessi (“Kristal Pelas”), Denni Uord (“Lester”), Adam Deyvis (“Stok Siti”);
Müdafiəçilər: Ceyms Laurens (“Sankt Pauli”), Ben Devis, Co Rodon (hər ikisi “Tottenhem”), Kris Mefam (“Bornmut”), Kris Qunter (“Çarlton”), Riys Norrinqton-Deyvis (“Şeffild Yunayted”), Neko Uilyams (“Liverpul”), Tom Lokyer (“Luton”)
Yarımmüdafiəçilər: Co Allen (“Stok Siti”), Co Morrell (“Luton”), Etan Ampadu (“Çelsi”), Mettyu Smit (“Mançester Siti”), Conni Uilyams, Rubin Koluill (hər ikisi “Kardiff”), Aaron Remsi (“Yuventus”), Dilan Lyuitt (“Mançester Yunayted”), George Tomas (KPR)
Hücumçular: Kiffer Mur, Mark Harris (hər ikisi “Kardiff”), Harri Uilson (“Liverpul”), Qaret Beyl (“Real”), David Bruks (“Bornmut”), Tayler Roberts (“Lids”) Tom Lourens (“Derbi”), Rabbi Matondo (“Şalke”).

Qeyd edək ki, AVRO-2020-nin A qrupunda yer alan Uels yığması İtaliya, İsveçrə və Türkiyə ilə mübarizə aparacaq. Uelslilər iyunun 12-də İsveçrə, 16-da isə Türkiyə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.