11:26 25-05-2021
news_image
212
AVRO-2020

25+5-lik heyət – AVRO-2020

Daha bir millinin AVRO-2020 üçün heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Finlandiya yığmasının qitə birinciliyinə aparacağı oyunçuların adları müəyyənləşib.

Lakin 25 nəfərdən əlavə daha 5 futbolçu - Yukka Raytala, Robin Lod (hər ikisi “Minnesota”), Yona Toyvio (“Haken”), Robert Teylor (“Brann”) və Niki Maenpa (“Venesiya”) daha sonra təlim-məşq toplanışına qoşulacaq.

Qapıçılar: Lukas Qradeçki (“Bayer”), Yesse Yoronen (“Breşiya”), Anssi Yaakkola (“Bristol”), Karlyohan Eriksson (“Melbyu”);
Müdafiəçilər: Yuhani Oyala (“Veyle”), Leo Vaysanen (“Elfsborq”), Sauli Vaysanent (“Kyevo”), Paulus Arayuri (“Pafos”), Daniel Oşauqnessi (HİK), Robert İvanov (“Varta”), Albin Qranlund (“Stal”), Yere Uronen (“Genk”), Nikolas Hamalaynen (KPR), Nikolay Alho (MTK);
Yarımmüdafiəçilər: Piri Soiri, Yoni Kauko (hər ikisi “Esbyerq”), Onni Valakari (“Pafos”), Rasmus Şüller (“Yurqorden”), Tomas Lam (“Zvolle”), Tim Sparv (AEL), Fredrik Yensen (“Auqsburq”);
Hücumçular: Lassi Lappalaynen (“Montreal”), Yasin Assenun (“Laxti”), Teemu Pukki (“Norviç”), Rope Riski (HİK).

Qeyd edək ki, AVRO-2020-nin B qrupunda yer alan Finlandiya yığması Danimarka, Belçika və Rusiya ilə qarşılaşacaq.