11:41 25-05-2021
news_image
110
FUTBOL

Daha 2 il “Qarabağ”da - Maksim Medvedev

“Qarabağ”da kapitan Maksim Medvedevlə bağlı qərar verilib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, sağ cinah müdafiəçisi ilə yeni müqavilə imzalanıb.

Yeni sazişə görə, 32 yaşlı oyunçu daha 2 il Ağdam klubuna məxsus olacaq.

Qeyd edək ki, Maksim Medvedev “Qarabağ”ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.