13:10 25-05-2021
news_image
72
FUTBOL

Almaniya millisi 3 illik müqavilə imzaladı - Hans-Diter Fliklə

Almaniya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Bavariya”dan ayrılan Hans-Diter Flik AVRO-2020-dən sonra Yoahim Lövü əvəz edəcək.

Təcrübəli mütəxəssis bu gün Almaniya Futbol İttifaqı ilə müqavilə imzalayıb. Sözləşmənin müddəti 3 illik nəzərdə tutulub.

Qeyd edək ki, Almaniya yığmasını 2006-cı ildən Yoahim Löv çalışdırır.