13:15 25-05-2021
news_image
100
FUTBOL

Modriçlə bağlı qərarını açıqladı – “Real”

“Real”ın yarımmüdafiəçisi Luka Modriç daha bir il komandada qalacaq.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı “kral klubu” rəsmi saytı vasitəsilə bəyan edib.

Bildirilib ki, Xorvatiya millisinin kapitanı İspaniya təmsilçisi ilə yeni 1 illik müqavilə imzalayıb. Bu da o deməkdir ki, 36 yaşlı orta sahə oyunçusu 2021/22 mövsümündə də madridlilərin formasını geyinəcək.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən “Real”ın şərəfini qoruyur.