22:17 25-05-2021
news_image
315
FUTBOL

Azərbaycan klubları avrokubok oynayacaq, ancaq “Arsenal” yox – Arteta məsxərəyə qoyuldu

“Arsenal”ın 26 ildən sonra avrokuboklara vəsiqə qazanmaması İngiltərədə böyük səs-küyə səbəb olub.

Apasport.az saytının məlumatına görə, Britaniya mətbuatı “topçular”ın hətta Konfrans Liqasına yollana bilməməsini də faciə adlandırıb.

Buna görə baş məşqçi Mikel Artetanı günahlandıran həmkarlarımız Azərbaycan klublarının həftəiçi avrokubok maçına çıxacağını xatırladaraq, London təmsilçisini məsxərəyə qoyub: “Arsenal”ın ümid edə biləcəyi ən son turnir Konfrans Liqası idi, amma ora da yollanmaq mümkün olmadı. “Tottenhem”, Belarus, Qazaxıstan və Azərbaycan klubları ilə birlikdə cümə axşamları futbol oynamaq hüququ qazandığı halda, Mikel Arteta yalnız Premyer Liqa və daxili yarışlara konsentrasiya ola biləcək”.

Qeyd edək ki, yeni yaradılan Konfrans Liqasında Azərbaycanı “Qarabağ”, “Keşlə” və “Sumqayıt” təmsil edəcək.