14:18 25-05-2021
news_image
170
FUTBOL

2 illik müqavilə - Bədavi Hüseynovdan

“Qarabağ” daha bir futbolçusu ilə müqavilə müddətini yeniləyib.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Kapitan Maksim Medvedevdən sonra digər müdafiəçi Bədavi Hüseynov da yeni sazişə qol çəkib. Milli komandamızın üzvü komandası ilə başa çatmaqda olan anlaşma müddətini 2023-cü ilin yayına qədər uzadıb.

Qeyd edək ki, 2012-ci ildən “Qarabağ”da çıxış edən Bədavi Hüseynov 7 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.