00:00 26-05-2021
news_image
164
FUTBOL

Legionerlərdən asılı “Sabah” – axırdan ikinci “Qarabağ”

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümündə 79 legioner statuslu futbolçu meydana çıxıb.

Apasport.az saytının məlumatına görə, milliləşmənin kütləviləşdiyi vaxtda tez-tez vətəndaşlığını dəyişənləri rəsmi qeydiyyatdakı kimi nəzərə alsaq, 8 klubun hər birində əcnəbi olub.

Premyer Liqada mövsümün rekordçusu “Sabah”dır. Paytaxt klubu 14 legioner oynadıb.

Özünü legionersiz, yalnız yerlilərə güvənən kimi təqdim edən “Sumqayıt”da 6 əcnəbi forma geyinib. Onlardan bəziləri mövsümün gedişində milliləşib. Daha öncə milliləşənlər də heyətdə yerli kimi göstərilib.

1. Sabah - 14
2. Keşlə - 13
3. Neftçi - 12
4. Zirə - 11
5-6. Qəbələ - 9
Səbail - 9
7. Qarabağ - 8
8. Sumqayıt – 6

Bu legionerlərdən üçü iki klubda forma geyinib. Əcnəbilər dünyanın 42 müxtəlif ölkəsini təmsil edir. Lakin onlar arasında da bir neçə vətəndaşlığı olan legionerlər yer alıb. Ən çox əcnəbinin gəldiyi ölkə Braziliyadır. Cənubi amerikalıları İranla Serbiya izləyir.

1. Braziliya - 8
2-3. İran - 7
Serbiya - 7
4. Fransa - 6
5. Gürcüstan - 4
6. Albaniya - 3
7-14. Moldova - 2
Syerra-Leone - 2
Mali - 2
Monteneqro - 2
Nigeriya - 2
Paraqvay - 2
Rusiya - 2
Xorvatiya - 2
15-42. ABŞ - 1
Anqola - 1
Argentina - 1
Belçika - 1
Bolqarıstan - 1
Bosniya və Herseqovina - 1
CAR - 1
Çili - 1
Fil Dişi Sahili - 1
Haiti - 1
İspaniya - 1
Kabo-Verde - 1
Kamerun - 1
Kolumbiya - 1
Konqo - 1
Konqo DR - 1
Şimali Makedoniya - 1
Mozambik - 1
Özbəkistan - 1
Qana - 1
Qazaxıstan - 1
Qvineya - 1
Seneqal - 1
Toqo - 1
Ukrayna – 1
Uruqvay - 1
Yaponiya - 1
Yunanıstan - 1