15:27 25-05-2021
news_image
80
FUTBOL

“Barselona” ilə müqavilə imzalayacaq – 3 illik

İngiltərənin “Liverpul” klubunun futbolçusu Jorjinyo Veynaldum karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Barselona”ye keçə bilər.

Onun keçidinə baş məşqçi Ronald Kuman və kapitan Lionel Messi də razılıq verib. Niderlandlı ilə 3 illik müqavilə imzalanacaq. Bu yay müqaviləsi başa çatacaq Veynaldum “Barselona”ya azad agent kimi keçəcək.