13:00 30-05-2021
news_image
224
FUTBOL

Avrokuboklarda ikinci “təkrar” – klublarımızdan

Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 komanda müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, qitə səhnəsinə bir il əvvəl də bu hüquqa yiyələnənlər çıxacaq.

“Neftçi”, “Keşlə”, “Qarabağ” və “Sumqayıt” 2020/21 mövsümündə olduğu kimi 2021/22 mövsümündə də avrokubok həyəcanı yaşayacaq. Bu, Azərbaycan futbolu tarixində ikinci belə hadisədir ki, təmsilçilərimizin siyahısı dəyişməz qalır.

2014/15 mövsümündə “Qarabağ”, “Qəbələ”, “Keşlə” və “Neftçi” Avropada oynayıb. Bir il sonra da təmsilçi siyahısı təkrarlanıb. Belə təkrara bir də indi təsadüf olunur.